Abonentlər nömrələrini "Bakcell" şəbəkəsinə daşımağa üstünlük verirlər

Abonentlər nömrələrini "Bakcell" şəbəkəsinə daşımağa üstünlük verirlər
19:13 12 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 yanvar /Trend/

Mobil nömrə daşınması (MND) xidmətindən istifadə edərək mobil rabitə operatorlarını dəyişməyə qərar vermiş bütün abunəçilərin 62%-dən çoxu "Bakcell" şəbəkəsinə qoşulub.

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkətindən Trend-ə bildiriblər ki, abunəçilər "Bakcell" şəbəkəsinə keçir və şirkət hazırda MND sahəsində liderdir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzinin (MHM) verdiyi məlumata görə, indiyə kimi MND xidmətindən istifadə etmiş abunəçilərin sayı 12000 nəfərdən çoxdur. "Bakcell" şirkəti bildirir ki, bu abunəçilərin 7500 nəfəri öz nömrələrini məhz "Bakcell" şəbəkəsinə daşıyıb.

Bakcell-in baş icraçı direktoru Riçard Şirer bildirib ki, "Bakcell" şirkəti RYTN-in MND xidmətinin tətbiqi ilə bağlı təşəbbüsünü lap əvvəldən dəstəkləyib: "Biz öz köhnə şəbəkələrinin “əsirinə” çevrilmiş abunəçilərin cəlb edilməsi (abunəçilərin "Bakcell" şəbəkəsinə axını) baxımından Bakcell-in qazanan bir şirkət olacağına ümid edirdik. Abunəçilər bizim ümidlərimizi doğrultdular və RYTN-in verdiyi məlumat göstərir ki, "Bakcell" öz abunəçilərinə ən münasib qiymətlərlə yüksək keyfiyyətli xidmət və məhsullar təklif edir. MND xidmətinin yerli bazarda təklif olunmağa başlamasından bir ildən az bir müddət keçməsinə baxmayaraq, biz artıq deyə bilərik ki, bu xidmətin şirkətimiz və bütün bazar üçün çox müsbət nəticəsi olub. Biz bu rəqəmin gələcəkdə də artmaqda davam edəcəyinə və "Bakcell" şirkətinin bu prosesdə lider mövqeyini qoruyub saxlayacağına əminik".

Öz nömrələrini "Bakcell" şəbəkəsinə daşımaq istəyən digər operatorların abunəçiləri tərəfindən verilən sorğular 1 fevral 2014-cü ildən başlayaraq icra edilməyə başlanıb. Digər mobil operatorların abunəçiləri öz nömrələrini köçürmək üçün "Bakcell" şirkətinin Müştəri Xidmətləri Mərkəzlərinə və ya BakcellİM mərkəzlərinə müraciət edə bilərlər.

Həmçinin "Bakcell" məmnunluq hissi ilə bildirir ki, o, 2014-cü il ərzində ölkədə fəaliyyət göstərən üç mobil rabitə operatoru arasında mobil rabitə abunəçilərinin ən böyük artımı müşahidə olunmuş şirkətdir. “Interconnect” sistemlərindən əldə olunmuş məlumata görə, "Bakcell" şirkətinin aktiv mobil rabitə abunəçi bazası müvafiq olaraq digər iki operatorun 0.4% və 4% göstəriciləri ilə müqayisədə 6.6 faizə qədər artıb.

R.Şirer qeyd edib: “Abunəçi bazasının artımı bir daha sübut edir ki, Bakcell öz abunəçiləri üçün ən yaxşı dəyər və keyfiyyət kombinasiyasını təklif edir. Yeni abunəçilırin şəbəkəmizə qoşulması və mövcud müştərilərimizin sadiqliyi sayəsində bizim mobil səs xidmətlərimizdən istifadə edən abunəçilərin sayı 2014-cü ildə rəqiblərimizlə müqayisədə daha sürətlə artıb. Bu isə o anlama gəlir ki, abunəçilər Bakcell şirkətinin təklif etdiyi xidmət və məhsulların üstünlüyünü və əla xidmət səviyyəsini qiymətləndirirlər”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR