57 yaşlı kişini arı sancdı

57 yaşı kişi arı sancmadan dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bədbəxt hadisə Bakının Binəqədi qəsəbəsində baş verib. Qəsəbə sakini 1961-ci il təvəllüdlü Nizami Mirzəyevi arı sancıb və onun vəziyyəti pisləşib.

Dərhal təcili yardım çağırılsa da xəstə yolda keçinib.

Faktla bağlı Prokurorluq araşdırmalara başlayıb. Mütəxəssislərin fikrincə, arısancma nəticəsində insan ölümü nadir hadisədir. Arı sancmasından sonra şok vəziyyəti, ölüm daha çox həssas insanlarda baş verir. Bundan başqa ölüm yalnız o halda ola bilər ki, arı insanı ağız, baş, boyun nahiyəsində yerləşən yumşaq toxumalardan sancır.

İyun-iyul aylarında Klinki tibbi mərkəzə arı sancması ilə bağlı 4 nəfər müraciət edib. Həmin şəxslərə lazımi tibbi xidmət göstərilərək evə buraxılıb.

Dekabr ayında DOLLARLA BAĞLI - İqtisadçı AÇIQLADI - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR