“Dəniz kuboku - 2018” müsabiqəsində

“Dəniz kuboku - 2018” müsabiqəsinin yeni yarış həftəsi zamanı Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi dənizçiləri müsabiqənin “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə mərhələdə “Xilasetmə vasitələrinin istifadəsi” tapşırıqları yerinə yetiriblər.

Müdafiə Nazirliyindən T verilən məlumata görə, beynəlxalq hakimlər kollegiyasının qərarı ilə bu mərhələdə Rusiya komandası birinci, Azərbaycan HDQ-nin komandası ikinci, İran komandası üçüncü, Qazaxıstan komandası isə dördüncü yerə layiq görülüb.

Yarışların ümumi nəticəsinə görə hal-hazırda Azərbaycan HDQ-nin komandası 2-ci yerdə qərarlaşıb.

“Dəniz kuboku - 2018” müsabiqəsinin növbəti mərhələsində “Üzən minaya artilleriya atışı” epizodu icra ediləcək.

Dekabr ayında DOLLARLA BAĞLI - İqtisadçı AÇIQLADI - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR