Məşhur aktyoru barda döydülər

Məşhur fransız aktyoru, "Taksi" filmlərinin ulduzu Sami Naseri Rusiyada Belarus vətəndaşları tərəfindən döyülüb.

Metbuat.az azvision.az-a istinadən xəbər verir ki, Moskvadakı barlardan birində qardaşı ilə birgə istirahət edən aktyorun səs-küylü danışması digər masada əyləşən belarusiyalıların etirazına səbəb olub.

Aktyorun onlara təhqiramiz cavabı böyük dava ilə nəticələnib. Aktyorun üzünə və əllərinə bir neçə ağır zərbələr endirilib. Səhər saatlarında tanınmış aktyor xəstəxanaya aparılıb. Bildirilib ki, aktyor həmçinin davada kəllə-beyin travması alıb.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR