"Konsulluq xidməti ABŞ-da həbs olunan şəxslərlə görüşmək üçün hüquq-mühafizə orqanları ilə təmasdadır"

ABŞ-da həbs olunan şəxslər Azərbaycan Respublikası vətəndaşlarıdır.

Bunu Metbuat.az-a XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev KIV-in sorğusuna cavab olaraq bildirib.

H.Hacıyev deyib: "ABŞ-ın hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinə bu barədə məlumat verilib.

Səfirliyin konsulluq xidməti sözügedən şəxslərlə görüşmək üçün ABŞ-ın hüquq-mühafizə orqanları ilə təmasdadır".

Qeyd edək ki, ABŞ-da Türkiyə, Gürcüstan, Qazaxıstan, Rusiya, Ukrayna, Latviya, eləcə də Azərbaycan vətəndaşlarından ibarət cinayətkar qrup saxlanılıb. Dəstə üzvləri dələduzluqda və 4,5 milyon dollar həcmində çirkli pulları yumaqda ittiham olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR