Sumqayıtda yaşayış binasında yanğın - Sakinlər təxliyə edilib

Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Metbuat.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, binanın dördüncü mərtəbəsində ümumi sahəsi 65 kv.m olan 3 otaqlı mənzilin 1 otağında 2 ədəd ev avadanlığı yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR