Kurtua ikinci məşqə də çıxmadı - 200 min cərimə olunur

"Çelsi" "Real"a keçidi gündəmdə olan Tibo Kurtuanı cərimələyib.

Metbuat.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, buna belçikalı qapıçının hələ də London klubunun düşərəsinə qayıtmaması səbəb olub. Komandanın dünənki məşqinə çıxmayan 26 yaşlı qolkiper bugünkü hazırlıqda da iştirak etməyib. Məhz bu hərəkətinə görə klub Kurtuanı 200 min funt-sterlinq məbləğində cərimələyib.

Qeyd edək ki, "Çelsi"nin yeni baş məşqçisi Mauritsio Sarri yalnız layiqli əvəzləyici tapacaqları halda Kurtuanı "Real"a satacaqlarını açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR