SOCAR AQŞ "Qərbi Abşeron" yatağında növbəti quyu qazma işlərinə başlayıb

SOCAR AQŞ 10 nömrəli dəniz stasionar platformasında 63 nömrəli quyuda qazma işlərinə başlayıb.

"SOCAR AQŞ" MMC-dən Metbuat.az-a verilən məlumata görə, quyunun dərinliyi 724 metrdir:

"Əminik ki, dəyərlərimizə sadiq qalmağa davam edəcəyik və sağlamlığa, texniki təhlükəsizliyə və ətraf mühitin qorunmasına dair tələblərə uyğun olaraq, heç bir çatışmazlıq olmadan və maksimum mümkün iqtisadi səmərə ilə təyin olunmuş vaxtdan da tez müddətdə quyunu sifarişçiyə təhvil verəcəyik".

Qazma işlərinin sifarişçisi "Azneft" İstehsalat Birliyidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR