Çin S-400-ün ilk dəstini əldə edib

Çin Rusiya istehsalı S-400 “Triumf” havadan müdafiə sistemlərinin ilk hissəsini əldə edib.

Metbuat.az Ordu.az-a istinadən xəbər verir ki, bu barədə adıçəkilməyən hərbi-diplomatik mənbə bildirib.

“Ötən həftə Rusiya tərəfindən dəniz vasitəsilə S-400 raket sistemlərinin Çinə çatdırılması ilə bağlı qəbuletmə sertifikatı imzalanıb. Sənədlər imzalandıqdan sonra sistemlər Çin rəhbərliyinə keçib”, - deyə mənbə qeyd edib.

Rusiya Federal Hərbi Texniki Əməkdaşlıq Xidməti bu informasiya ilə bağlı açıqlama verməkdən imtina edib.

Qeyd edək ki, Rusiyanın Çinə S-400-lərin satışı ilə bağlı müqavilə imzalamasına dair ilk xəbərlər 2014-cü ilin noyabrında yayılıb. Bundan bir il sonra, 2015-ci ilin noyabrında Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq üzrə müşaviri Vladimir Kozin bu məlumatı təsdiq edib. Çin bu sistemlərin ilk xarici müştərisi olub və o, həmin sistemlərin iki dəstini əldə edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR