Ötən gün qeydə alınan 115 cinayətin 25-i "isti izlər"lə açılıb

Ötən gün ərzində respublika ərazisində 115 cinayət faktı qeydə alınıb, onların 25-i "isti izlər"lə açılıb.

Metbuat.az-a DİN-in mtbuat xidmətindən verlən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunmuşdur.

Bildirilir ki, axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib: "Avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 14 nəfər xəsarət alıb".

Həmçinin, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilmişdir: "Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb".

Sutka ərzində atəşkəs 87 dəfə pozulub - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR