Azərbaycanda xəstəxanada baş verən yanğınla bağlı SON MƏLUMAT

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğının təfərrüatı məlum olub.

Metbuat.az-ın report.az-a istinadən verdiyi məlumata görə, yanğın hadisəsi avqustun 7-dən 8-ə keçən gecə, saat 2 radələrində xəstəxananın Rentgen otağında qeydə alınıb.

Belə ki, ümumi sahəsi 36 kvadratmetr olan otaq və avadanlıq yanıb.

Hadisə şahidlərinin sözlərinə görə, yanğın güclü olub. FHN-nin yanğınsöndürənləri tərəfindən yanğın spöndürülüb və genişlənməsinin qarşısı alınıb. Hadisə zamanı xəstəxana əməkdaşları və xəstələr təhlükəsiz təxliyyə ediliblər. Xəsarət alan olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qara çörək otu ilə qarın piylərinizi əridin - 1 aya İNANILMAZ Nəticə - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR