"Rusiya Ermənistana silah yox, məsləhət verməlidir" - Sahib Alıyev

Son zamanlar Rusiyalı politoloqların bəlli bir qismi Ermənistana hədə dolu açıqlamalar verir, Paşinyan hakimiyyətini ağır tənqidlərə məruz qoyurlar. Onlar belə getsə Moskvanın Dağlıq arabağ məsələsində tutduğu mövqeni dəyişdirəcəyini, Ermənistana silah verilməsini dayandıracağını, bildirirlər. Bütün bu hədələrin nəyə xidmət etdiyini və nə ilə nəticələnəcəyini Metbuat.az-a şərh edən millət vəkili, politoloq Sahib Alıyev bunları dedi: “Rusiyalı ekspertlərin son zamanlar Ermənistanla bağlı verdiyi açıqlamalar və bu zaman Azərbaycandan onların öz sözü ilə desək “puqalo” kimi istifadə etməyə çalışmaları qətiyyən xoşagələn deyil. Əslində, bununla onlar öz ölkələrinin indiyə kimi yeritdiyi siyasəti ifşa edirlər. Rusiya Minsk qrupunun həmsədridir, böyük dövlətdir. Rusiya Azərbaycanın həmişə çox yaxşı qonşuluq münasibəti saxlamaq istədiyi dövlətdir. Bu dövlət öz missiyasına və Azərbaycanın ona yanaşmada sərgilədiyi dayanıqlı strateji tərəfdaşlıq mövqeyinə uyğun hərəkət etməlidir. Biz Rusiyanın böyük dövlət olaraq regiondakı maraqlarını anlayırıq və bir tərəfli qaydada bizi dəstəkləyin demirik. Sadəcə Dağqlıq Qarabağ məsələsində beynəlxalq normalara və BMT TŞ-nın bəlli 4 qətnaməsinə uyğun hərəkət etməsini, prinsipial mövqe ortaya qoymasını istəyirik.Rusiyalı ekspertlərin yanaşmasından belə çıxır ki, Ermənistan yenə də vassallığını etsə, Dağlıq Qarabağ məsələsinə yanaşmada dolayı yolla işğalçıya dəstək verəcəyik. Ermənistan başqa qüvvələrə vassallıq etmək istəsə, Dağlıq Qarabağ məsələsinə yanaşmamızı dəyişəcəyik. Bu zaman da Azərbaycandan hansısa təzyiq aləti kimi istifadə etməyə çalışacaqlar.

Azərbaycan Ermənistandan fərqli olaraq alət deyil, heç kimin əlində olmayıb və olmayacaq. Bunu dəfələrlə dövlət başçımızın bəyanatında da eşitmişik. Ermənistana silah vermək məsələsinə gəlincə, bu ölkəyə silah əvvəldən verilməməliydi. Ermənistana müxtəlif dövrlərdə 2 milyard dollardan artıq silah bağışlanıb. Rusiya işğalçı bir dövlətə silah verməli deyil. Fikrimcə, Rusiya Ermənistana ağıl və məsləhət verməlidir. Verməlidir ki, bu gün özündən qat-qat güclü bir dövlətin torpaqlarını kiminsə dəstəyi ilə işğal altında saxlaya bilərsən, amma sabah bu sənin üçün fəlakətə çeviriləcək.”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR