Rusiya Ermənistanın fəaliyyətinə daha sərt reaksiya verməlidir - Dmitri Verxoturov

Ermənistan rəhbərliyinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qarşı sərt bəyanatlarından sonra Rusiyanın bir açıqlama verməsi kifayət deyil.

Metbuat.az xəbər verir ki, bunu rusiyalı ekspert və ictimai xadim Dmitri Verxoturov Ermənistanda baş verən son hadisələri və Rusiya XİN rəhbəri Sergey Lavrovun bu barədə bəyanatını şərh edərkən deyib.

Ekspertin fikrincə, Ermənistanın kifayət qədər etibarlı müttəfiq olub-olmaması barədə sualı ortaya qoymağın vaxtı çatıb.

D.Verxoturovun sözlərinə görə, Robert Koçaryan və digərlərinin həbsinin bilavasitə səbəbi hakimiyyət uğrunda, daha doğrusu Yerevanda hakimiyyətin möhkəmləndirilməsi uğrunda mübarizədir:

“Nikol Paşinyan bu yolla ona gələcəkdə çətinliklər yarada biləcək siyasi rəqiblərini kənarlaşdırır. Bu da həbs olunan siyasətçilərin Rusiyayönümlü olması ilə üst-üstə düşüb və şübhəsiz ki, baş nazirin fəaliyyəti Rusiyaya qarşı da yönəlib. KTMT-nin hazırkı sədrinə qarşı cinayət işi bu təşkilatın nüfuzuna zərbə, qurumun rəhbərliyinin iflic olunmasıdır, bir sözlə dostluq addımı deyil. Əgər dinc vaxtda bu cür insidentlər baş verirsə, daha ciddi vəziyyətlərdə “öz müttəfiqimizdən” nələr gözləmək olar?”

Ekspertin fikrincə, N.Paşinyan KTMT-ni çətin vəziyyətdə qoyub və bu insident Moskva üçün ciddi siqnal olmalıdır.

Qara çörək otu ilə qarın piylərinizi əridin - 1 aya İNANILMAZ Nəticə - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR