Övladı vaxtsız dünyasını dəyişən məşhurlar - SİYAHI

Övlad itkisi hər bir halda sarsıdıcı xəbərdir. Həyat o qədər acımasızdır ki, kimliyindən aslı olmayaraq bu acını hər bir insana yaşadır.

Metbuat.az övladlarını vaxtsız itirən məşhurları təqdim edir:

Məşhur bəstəkarlar Nailə Mirməmmədlinin oğlu illər əvvəl dənizdə boğularaq vəfat edib.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə, bəstəkar Xanım İsmayılqızının ailəsi də ağır itki yaşayıb. Şairənin oğlu Fərid 32 yaşında qəflətən ürək tutmasından dünyasını dəyişdiyi bildirilib.

Tanınmış aparıcı Afaq Gəncəlinin oğlu Qədirxan 2015-ci ildə xərçəng xəstəliyindən vəfat edib.

“Teymur əmi” kimi tanınan xalq artisti Teymur Mustafayevin oğlu idarə etdiyi avtomobilin yanması nəticəsində vəfat edib.

Xalq artisti Şərqiyə Hüseynovanın qızı 2014-ci ildə beyin qanaması nəticəsində 43 yaşında vəfat edib.

Xalq artisti Arif Quliyevin oğlu isə uzun sürən vərəm xəstəliyindən vəfat edib.

Azərbaycanda fəaliyyət göstərən ilk prodüserlərdən biri olan Asif Kərimov oğlunun vaxtısz dünyasını dəyişib .Prodüserin oğlu Cavidan 10 ildən çox xəstəlikdən əziyyət çəkib.

Övladını itirənlər arasında tanınmış siyasətçilər də var. Onlardan millət vəkili, Fazil Mustafanın ailəsi də övlad faciəsi yaşayıb. 2008-ci ildə millət vəkilinin oğlu Elçibəy Mustafayev və qaynı Mahir Mirzəyev hamamda dəm qazından boğularaq dünyasını dəyişib.

Məşhurlar yay istirahətlərini necə keçirir ? - FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR