Bakıda marketdən oğurluq olub - VİDEO

Bakıda marketdən oğurluq olub.

Metbuat.az-ın xezerxeber.az-a istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Xətai rayonu ərazisindəki marketlərdən birində baş verib. Həmin anlar marketin təhlükəsizlik kamerasına da düşüb.

Görüntülərdən məlum olur ki, müştəri kimi 24 saat işləyən magazaya gecə saatlarında daxil olan şəxs spirtli içkilər satılan bölməyə yaxınlaşır. Əvvəlcə balaca bir içkini götürüb köynəyinin altında gizlədir. Daha sonra bahalı bir xarici ölkə istehsalı olan içkini götürüb güya kassaya yaxınlaşır. O, satıcının kassada yuxlamasından istifadə edərək mağazadan çıxıb gedir. Zərərçəkmiş mağaza sahibi hadisədən səhər xəbər tutub.

Onun sözlərinə görə, həmin şəxs təxminən 100 manatdan çox ziyan vurub. Mağaza sahibi məsələ ilə bağli polisə məlumat verib. İndi polis görüntülər əsasında həmin şəxsi axtarır.


Qara çörək otu ilə qarın piylərinizi əridin - 1 aya İNANILMAZ Nəticə - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR