Azyaşlı uşağı yolun ortasında döyərək başını dəmirə vurdu

Türkiyə Esenyurtda psixoloji problemləri olduğu iddia edilən Səudiyyə Ərəbistanlı Nidhal Mohammed Tımraz 2 yaşlı uşağını yolun ortasında döyməyə başlayıb.

Metbuat.az “Haberler.com”a istinadən xəbər verir ki, cani ata daha sonra uşağın başını dəmir baryerlərə vurmağa başlayıb. Bir neçə dəfə uşağını yerə vuran ataya ətrafdakı vətəndaşlar müdaxilə edib. Uşağı cani adamın əlindən alan vətəndaşların hücumuna məruz qalan adam yoldan keçən bir polis tərəfindən xilas edilib. Polis mərkəzinə aparılan Nidhal Mohammed Tımraz ifadəsi alındıqdan sonra nəzarətə alınıb.

Beyin qanaması keçirdiyi bildirilən 2 yaşlı uşağın xəstəxanada müalicəsi davam edir. Azyaşlı uşağın ayağında da kəsiklər olduğu bildirilib. Uşağın daha əvvəl bir neçə dəfə şiddətə məruz qalmış olduğu bildirilib.



https://metbuat.az/news/1003774/kamal-sunali-hedef...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR