Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Metbuat.az-a verilən məlumata görə, avqustun 7-də saat 14 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakinləri Beydulla Yunusovun idarə etdiyi “VAZ-21150” və Emin Həsənovun idarə etdiyi “Ford Tranzit” markalı avtomobillər toqquşub. Nəticədə B.Yunusov və sərnişini Ceyranbatan qəsəbə sakini Zərifə Məhərrəmova xəstəxanaya yerləşdiriliblər, Z.Məhərrəmova orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Azərbaycanda şagird müəllimini bıçaqladı - VİDEO - Oxumaq üçün tıkla