Adnan Oktar iki bacı ilə evli, qayınanası ilə sevgili olub - ŞOK VİDEO

Adnan Oktarın doğma bacıların hər ikisi ilə evli olduğu, qaynanasına isə “Sevgilim” dediyi ortaya çıxıb.

Metbuat.az yeniçağ.az-a istinadən xəbər verir ki, bunu aparılan əməliyyat nəticəsində həbs olunan Adnan Oktardan şikayət edən H.U. ifadəsində bildirib.

“O qızlarla dini nigahla evlənib. O, istədiyi qədər evlənə bilərdi. Bunun Quranda günah olduğu açıq-aydın yazılmasına baxmayaraq, o özünə haqq qazandırırdı. İki doğma bacılarla evli olan Adnan Oktar qızların nəbzini boyunlarına toxunaraq yoxlayırdı. O, həmçinin, özündən başqa heç kimin evlənməsinə icazə verməzdi. “.

“Quran ayələrini dəyişdirən Adnan Oktar namazı gün ərzində 2 dəfə qılır, dəstəmaz alarkən ayaqları yumazdı. Hicabın quranda olmadığını, bikini ilə də ibadət etmək olar deyirdi”, – H.U. qeyd edib.

Şikayətçi bildirib ki, şərab və şampandan başqa digər spirtli içkilərin halal olduğunu deyən Oktar tez-tez viski və votka içirdi.

“O, qurban kəsilməyin doğru olmadığını deyirdi. Peyğəmbərə itaət edilməsilə əlaqəli olan fikirləri özünə aid edirdi. “Peyğəmbərə ibadət, Allaha ibadətdir” ayəsini özünə aid edərək, hər kəsin ona itaət etməsini gözləyirdi”.

Azərbaycanda şagird müəllimini bıçaqladı - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR