Qazaxda avtomobil piyadanı vurub öldürdü

Qazax rayonunun İkinci Şıxlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, avqustun 8-də saat 1 radələrində Qazax rayonunun İkinci Şıxlı kəndi ərazisində Qaymaqlı kənd sakini Həmid Mustafayev idarə etdiyi “Oka” markalı avtomobillə yolu keçən kənd sakini Azad Abbasovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azərbaycanda şagird müəllimini bıçaqladı - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR