Salyanda 21 yaşlı gənc çayda boğulub

Salyan rayon sakini çayda boğulub.

Metbuat.az report.az-a istinadən xəbər verir ki, hadisə rayonun Sarvan kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1997-ci il təvəllüdlü Məzahim Qabil oğlu Məmmədov ərazidən keçən Akkuşa çayında çimərkən boğulub. Hadisə yerinə FHN-nin dalğıc-xilasediciləri cəlb edilib.

Axtarışlardan sonra gəncin meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Azərbaycanda şagird müəllimini bıçaqladı - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR