Feysbukda tanış olduğu qıza görə atasını qətlə yetirdi

Atası sevdiyi qızı almadığına görə onu ürəyindən bıçaqlayaraq qətlə yetirib.

Metbuat.az sonxeber.az-a istinadən bildirir ki, İstanbul Ataşehirdə kuryer işləyən A.K adlı gənc feysbukda tanış olub evlənmək istədiyi qıza görə cinayət törədib.

Evlənməyinə razılıq verməyən atası ilə mübahisə edən gənc onu ürəyindən bıçaqlayıb. Mübahisənin böyüdüyünü görən ana məsələyə müdaxilə edib və oğul öz anasını da ayağından bıçaqlayıb. Baldızını da bıçaqlayaraq hadisə yerini tərk edib.

Faktla bağlı cinayət işi açılıb, A.K həbs edilib.

Azərbaycanda şagird müəllimini bıçaqladı - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR