İnkişaf etmiş ölkələrdə əgər vətəndaşlar ailə büdcəsinin 25 faizini qidaya sərf edirsə onlar yoxsul sayılırlar. Lakin Ermənistanda əhalinin böyük əksəriyyəti öz büdcəsinin 65 faizini qidaya sərf edir.
Metbuat.az sia.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstehlakçılar Birliyinin sədri Armen Poqosyan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bütün bunlar göstərir ki, Ermənistan əhalisinin 80 faizindən çoxu yoxsulluq səviyyəsindən də aşağı yaşayır: “Bu “parlaq” bir faktdır. Bunun fonunda ərzaq dayanmadan bahalaşır. Biz ötən il Yeni Zelandiya yağının kəskin şəkildə bahalaşdığının şahidi olduq. Bu ölkədə yağın qiyməti yenidən əvvəlki səviyyəyə qayıtsa da, biz də yağın qiyməti ucuzlaşmadı. Bu il vətəndaşlar mövsümi məhsulların xüsusilə kartof, pomidor, bibər, badımcan və ən təəccüblüsü isə qarpızın qiymətinin nə qədər bahalaşdığını görür. (Avqust ayında 50-80 dram olan qarpızın indiki qiyməti 250 dramdır)”.
Armen Poqosyan qeyd edib ki, ölkədə ətin qiyməti kəskin şəkildə bahalaşıb: “ Ət il ərzində 12.4, təkcə iyul ayında isə 9.6 faiz bahalaşıb, yağın qiyməti isə qızılın qiymətinə yaxınlaşır. Belə ki, il ərzində yağın qiyməti 36 faiz, təkcə iyul ayında isə 34 faiz bahalaşıb.
Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla