"Qarabağ"ın "Zirə" ilə oyunu təxirə salınıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018-2019 mövsümün açılış oyunu təxirə salınıb.

Metbuat.az xəbər verir ki, bu, Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ” klubunun Peşəkar Futbol Liqasına (PFL) müraciət əsasında baş verib. Ağdam təmsilçisi avqustun 14-də III təsnifat mərhələsinin Belarusda BATE ilə keçiriləcək cavab oyununa daha yaxşı hazırlaşmaq üçün I turda “Zirə” ilə görüşün təxirə salınmasını xahiş edib.

Azərbaycan çempionunun qitənin ən nüfuzlu klub turnirində çıxışını nəzərə alan PFL I turun avqustun 10-da keçirilməli olan “Qarabağ” – “Zirə” görüşünü sentyabrın 26-na təyin edib.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR