Dayanacaqlara qanunsuz reklam vuranlar - Cərimələnə bilər

Reklamların ən çox vurulduğu yerlərdən biri də dayanacaqlardır.

İnsanlar gündəlik olaraq vaxtlarının müəyyən hissəsini dayanacaqlarda keçirdikləri üçün işbazlar çox vaxt qanunsuz reklamları məhz dayanacaqlara yerləşdirir.

Bəs yerləşdirilən bu cür qanunsuz reklamlara qarşı hansı tədbirlər görülür?

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Hüseyn Azəri Metbuat.az-a açıqlamasında bildirib ki, dayanacaqlara qanunsuz reklam yerləşdirmək istəyən şəxslərə qarşı mübarizə aparılır:

“Dayanacaqlarda reklam yerləşdirmək istəyən sahibkarlar Dövlət Reklam Agentliyindən icazə almalıdır. Həmin reklamlar icazə alınmadan vurulubsa, bu zaman İnzibati Xətalar məcəlləsinə görə, cərimələr nəzərdə tutulur. Fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər isə 5000 manatdan 10000 manatadək cərimə olunurlar”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Qurban bayramında heyvan kəsmək və satmaq istəyənlər - Yerli icra orqanlarına müraciət edəcəklər / AQTA – Tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR