Konqresə ilk dəfə müsəlman qadın seçiləcək

ABŞ Konqresinə müsəlman qadın seçiləcək.

Metbuat.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Miçiqan ştatında keçirilən səsvermənin ilkin nəticələrinə əsasən, Fələstin əsilli amerikalı Raşida Tlaib ABŞ Konqresinin nümayəndələr palatasında öz yerini təmin edərək bu qanunverici orqanda ilk müsəlman qadın olacaq.

Məlumata görə, Tlaib müstəqil namizədlərin və Respublika partiyasının iştirak etmədiyi seçkilərdə Demokratik partiyanın namizədi qismində qələbə qazanıb.

Bu isə o deməkdir ki, aralıq seçkilərində Tlaibin rəqibi olmayacaq və o, Konqresin nümayəndələr palatasında Miçiqan ştatını təmsil edəcək.

Qeyd edək ki, ABŞ-da aralıq seçkiləri 2018-ci ilin noyabrında keçirilməlidir.

Sosial media bu görüntülərdən danışır - Metro işçisi görün nə etdi...- Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR