İsrail Qəzza zolağını atəşə tutub

İsrail ordusuna məxsus tank Qəzza zolağının şimal hissəsində tikinti texnikasının atəşə tutulmasına cavab olaraq Fələstinin HƏMAS hərəkatının mövqelərinə zərbə endirib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun "Twitter" səhifəsi məlumat yayıb.

"Bu gün terrorçular Qəzza zolağının şimalına yaxın ərazidə tikinti işləri aparan nəqliyyat vasitəsini atəşə tutublar. Buna cavab olaraq IDF-in tankı Qəzza zolağının şimal hissəsində HƏMAS-ın postuna zərbə endirib", — deyə məlumatda bildirilir.

Məlumata görə, fələstinlilər Qəzza ilə sərhəddə hasar tikən mülki şəxsləri atəşə tutublar.

Sosial media bu görüntülərdən danışır - Metro işçisi görün nə etdi...- Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR