Sumqayıtda avtomobil təmiri sexində yanğın olub - FHN

Sumqayıtda avtomobil təmiri sexində yanğın olub.

FHN-dən Metbuat.az-a verilən məlumata görə, sexin yanar konstruksiyaları 30 m² sahədə və içərisində olan "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb, yüksək temperaturdan bitişik olan sexlərin lambirdən ibarət tavanı, ümumilikdə, 26 m² sahədə əriyib.

Tikilinin qalan hissəsi və təmirə dayanmış "Opel" markalı avtomobil yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Dayanacaqlara reklam vuranlar - Cərimələnə bilər - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR