Leysan yağışları Türkiyəni çətin duruma salıb - VİDEO

Türkiyədə leysan yağışları ciddi fəsadlar törədib.

Metbuat.az modern.az-a istinadən xəbər verir ki, hadisə ölkənin şimalındakı Ordu vilayətində qeydə alınıb. Leysan yağışları nəticəsində 4 körpü aşıb. Daha 3 körpüdə qəza vəziyyəti yaranıb. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Hazırda fəsadların aradan qaldırılması və xilasetmə tədbirlərində 550 işçi və 300 texnika çalışır.

Qeyd olunur ki, yaxınlıqda yerləşən tekstil fabrikində 165 nəfər təxliyə olunmağı gözləyir. Təxliyənin həyata keçirilməsi üçün bölgəyə helikopterlər cəlb olunub.


Dayanacaqlara reklam vuranlar - Cərimələnə bilər - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR