Ermənistan ordusunun zabiti öldü

Bu gün səhər saatlarında Ermənistanın Lor əyalətinin Spitak şəhərində baş verən ağır yol qəzasında Ermənistan ordusunun mayoru ölüb.

Metbuat.az azvision.az-a istinadən bildirir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, “Mercedes ML” markalı avtomobil yolun hərəkət hissəsindən kənara çıxaraq qəza törədib. Nəticədə sükan arxasında olan 1986-cı il təvəllüdlü sürücü Artak Qriqoryan hadisə yerindəcə həlak olub.

“Shamshyan.com” xəbər verir ki, ölən sürücü Müdafiə Nazirliyinin hərbi hissələrindən birində avtomexanika bölməsinin rəisi, mayor rütbəli hərbçi idi.

Dayanacaqlara reklam vuranlar - Cərimələnə bilər - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR