Yolda halı pisləşən sürücünün ürəyi dayandı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR / VİDEO

Şamaxıda bədbəxt hadisə baş verib.

Metbuat.az xəbər verir ki, Şamaxı şəhərinin Seyid Əzim Şirvani küçəsində Xınıslı kənd sakini 48 yaşlı Eldəniz Piriyev idarə etdiyi “VAZ 2106” markalı avtomobilinin sükanı arxasında ölü tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Ürək problemi olan Eldəniz Piriyevin maşın sürərkən halının pisləşdiyi və avtomobili yolun kənarında saxladıqdan sonra dünyasını dəyişdiyi ehtimal olunur. Mərhumun meyiti nəqliyyat vasitəsindən çıxarılaraq müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə təhvil verilib.

Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra bilinəcək.

Dayanacaqlara reklam vuranlar - Cərimələnə bilər - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR