İsmayıllıda dəhşətli hadisə: İnəklərin döşləri kəsilib

İsmayıllı rayonunda iribuynuzlu heyvanların süd vəzilərinin naməlum şəraitdə kəsilməsilə bağlı vəziyyət nəzarətə götürülüb.

Metbuat.az trend.az-a istinadən xəbər verir ki, bunu İsmayıllı rayon Baytarlıq İdarəsinin rəisi Barat Şahalıyev bildirib.

Onun sözlərinə görə, rayonun Girk kəndində iribuynuzlu heyvanların süd vəzilərinin kəsilməsi ilə bağlı analiz götürülüb:

“Heyvanların süd vəzilərinin naməlum şəkildə kəsilməsi ilə bağlı idarə və hüquq-mühafizə orqanların əməkdaşları hadisə yerinə yollanıb. Zədələnmiş heyvanlardan götürülən qan nümunələri Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Mən doqquz ildir idarə rəisi işləyirəm. Bu cür hadisə ilə ilk dəfədir qarşılaşıram. Heyvanlar meşəyə otlamağa gedir. Geri qayıdanda süd vəziləri kəsilmiş halda olur. Meşə açıq şəraitdə otladığı üçün vəhşi heyvan qopara bilər”.

Barat Şahalıyev qeyd edib ki, müayinələrin cavabları bir neçə günə məlum olacaq:

“Nəticələr ictimaiyyətə açıqlanacaq”.

Qeyd edək ki, sosial şəbəkələrdə İsmayıllıda iribuynuzlu heyvanların süd vəzilərinin kəsilməsi barədə məlumat yayılıb.

Dayanacaqlara qanunsuz reklam vuranlar - Cərimələnə bilər - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR