Tərtərdə eyni kəndin sakinlərindən külli miqdarda narkotik vasitə götürülüb

Tərtərdə eyni kəndin sakinlərindən külli miqdarda narkotik vasitə götürülüb.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Buruc kənd sakini Rasim Şahsuvarova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 23 ədəd çətənə kolu və 7,498 qram marixuana aşkar edilərək götürülüb.

Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə digər Buruc kənd sakini Müşfiq Əliyevin evinə baxış zamanı oradan 8,648 qram marixuana, 511,96 qram tiryək və 26,125 qram heroin aşkar edilərək götürülüb.

Dayanacaqlara qanunsuz reklam vuranlar - Cərimələnə bilər - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR