Bu gün Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında Koreya Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Hen Cunla görüş keçirilib.
Metbuat.az-ın verdiyi məlumata görə, görüşdə Azərbaycan Respublikasının Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini Əli Həsənov, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva, YAP Siyasi Şurasının üzvü, partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev və KİV nümayəndələri iştirak ediblər.
Görüşdə Azərbaycan ilə KXDR arasında çoxtərəfli əməkdaşlıq münasibətlərinin inkişafından bəhs olunub.
YAP Sədrinin müavini Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verərək Azərbaycanın konfliktin ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə çalışdığını bildirib.
Rus rublu UCUZLAŞIR - Manatın taleyi necə olacaq? - Oxumaq üçün tıkla