2019-cu ildə Azərbaycanda iqtisadi artım tempi daha çox ola bilər - Ukraynalı ekspert

Azərbaycanın dinamik inkişafını nəzərə alsaq, gələn il ölkədə iqtisadi artım tempi 3 faizdən çox ola bilər.

Metbuat.az yap.org.az-a istinadla bildirir ki, bunu ukraynalı iqtisadçı ekspert Aleksandr Oxrimenko deyib.

Ekspertin sözlərinə görə, neft qiymətlərinin artması Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək, ona görə də “Moody's” beynəlxalq reytinq agentliyinin 2019-cu ildə Azərbaycanda iqtisadi artım templərinin artması proqnozu ilə razılaşmaq olar:

“Aydındır ki, neft qiymətlərinin düşməsi Azərbaycan iqtisadiyyatına da təsir etmişdi. Amma indi, dünya neft bazarında böhranın keçməsindən sonra ölkədə iqtisadi artım üçün bütün şərtlər var. Neft satışından əldə olunan indiki gəlirlər Azərbaycana dövlət büdcəsindən sosial xərcləri artırmağa, öz vətəndaşlarını əlavə iş yerləri ilə təmin etməyə imkan verəcək. Bugünkü gün Azərbaycan iqtisadiyyatın qeyri-neft sektorunu məqsədyönlü şəkildə inkişaf etdirir, bu isə, mənim fikrimcə ölkə rəhbərliyinin düşünülmüş qərarıdır”.

Ekspert əlavə edib ki, Azərbaycan iqtisadiyyatında müsbət dəyişiklikləri müxtəlif beynəlxalq reytinq agentlikləri və maliyyə təşkilatları da qeyd edir.

Rus rublu UCUZLAŞIR - Manatın taleyi necə olacaq? - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR