Salyanda ehtiyatsızlıq ölümə səbəb oldu

Salyan rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, avqustun 8-də saat 06 radələrində Salyan rayonu ərazisində Bakı şəhər sakini Vüsal Babayev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanmış eyni markalı avtomobilə vurub, sonradan isə yaxınlıqda dayanmış avtomobilin sahibi Lənkəran şəhər sakini Bəxtiyar Əzizova dəyib.

Nəticədə B.Əzizov hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Rus rublu UCUZLAŞIR - Manatın taleyi necə olacaq? - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR