Basketbolçu topu təyyarədən səbətə atdı

ABŞ-ın "Harlem Qlobtrotters" basketbol komandasının üzvü Bull Bullard topu səbətə birbaşa təyyarədən atıb.

Metbuat.az report.az-a istinadən xəbər verir ki, yayılmış videoda basketbolçunun ikiyerlik monoplanda pilotun arxasında əyləşdiyi görünür. Təyyarə havaya qalxıb şəhər üzərində dövrə vurduqdan sonra səbətə tərəf yaxınlaşır və təxminən, 110 km/saat sürətlə hərəkət edərkən Bullar sərrast atışla topu eniş zolağında quraşdırılmış səbətə atır.

Qeyd edək ki, "Harlem Qlobtrotters" komandası öz qeyri-adi tryukları ilə məşhurdur. Komandanın oyunçuları topu səbətə "Meddison Skver Qarden"in ən yüksək nöqtəsindən, "Alkatras" həbsxanasından və hətta ABŞ-ın ən yüksək dağlarından atıblar.

Rus rublu UCUZLAŞIR - Manatın taleyi necə olacaq? - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR