"Azərbaycan dünya ölkələri tərəfindən dəstəklənir"

“Azərbaycan Avroasiya kontinentində yeganə ölkədir ki, istər qonşu, istərsə də özündən uzaqda yerləşən ölkələrlə münasibətlər qurub, həyata keçirdiyi müstəqil siyasəti ilə fərqlənir”.

Metbuat.az sia.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Rüfət Quliyev ABŞ-ın İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyasına baxmayaraq, Azərbaycanın bu sanksiyaya qoşulmamasına, eləcə də həmin sanksiyanın Xəzərdəki “Şahdəniz-2” yatağında BP şirkəti ilə birlikdə hasilat həyata keçirən İranın NİOC şirkətinə şamil olunmamasına münasibətini bildirərkən deyib.

Azərbaycanın ABŞ, Avropa, Rusiya və digər ölkələrlə normal münasibətlərə malik olduğunu deyən deputat söyləyib ki, ölkəmiz siyasəti iqtisadiyyata qarışdırmamaq şərti ilə özünün strateji tərəfdaşları ilə elə geostrateji reallıq formalaşdırıb ki, onun ətrafında bütün iştirakçı ölkələrin maraqları uzlaşır: “Ölkə Prezidenti tərəfindən həyata keçirilən yüksək xarici siyasət nəticəsində Azərbaycan bu gün dünya ölkələri tərəfindən dəstəklənir və böyük maraqla qarşılanır. ABŞ tərəfindən Cənub Qaz Dəhlizi ilə əlaqədar hər zaman dəstək ifadə olunub. Bu yaxınlarda TAP-la bağlı ABŞ tərəfindən açıqlanan mövqe ölkəmiz tərəfindən həyata keçirilən layihələrin bütün şəraitlərdə müdafiə olunacağını bir daha dünyaya çatdırmış oldu”.

R. Quliyev qeyd edib ki, İrana qarşı tətbiq olunan sanksiyaların “Cənub Qaz Dəhlizi” layihəsinə şamil edilməməsi bir daha göstərdi ki, Azərbaycan digər ölkələr arasında məsələlərə qarışmır və öz müstəqil siyasəti ilə bütün ölkələrlə əməkdaşlıq əlaqələrini davam etdirir.

Deputat qeyd edib ki, Azərbaycan prezidenti tərəfindən həyata keçirilən yüksək beynəlxalq siyasət xarici siyasətçi və ziyalılar tərəfindən də yüksək qiymətləndirilir: “Qonşu ölkələrimizdə baş verən proseslərə baxmayaraq, Azərbaycan öz siyasi, iqtisadi müstəqilliyini qorumaqla yanaşı, günü-gündən daha da inkişaf edir”.

Rus rublu UCUZLAŞIR - Manatın taleyi necə olacaq? - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR