Lavrov Çavuşoğlu ilə görüşəcək

Rusiyanın xarici işlər naziri avqustun 13-14-də Ankaraya səfər edəcək.

Metbuat.az-ın Trend-ə istinadən məlumatına görə, səfər zamanı S.Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək və Türkiyənin səfirlər və daimi nümayəndələrinin iclasında iştirak edəcək.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, səfər türkiyəli nazirin dəvəti əsasında baş tutacaq.

Görüş zamanı müzakirə olunacaq məsələlər açıqlanmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR