İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 360 nəfəri ötüb

Ötən həftə İndoneziyanın Lombok və Bali adalarında baş vermiş rixter cədvəli üzrə 7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 360 nəfəri ötüb. 400 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Metbuat.az Röyters agentliyinə istinadən bildirilir ki, təkcə son 12 saat ərzində dağıntılar altından 30-dan çox cəsəd çıxarılıb. Bir neçə nəfər itkin düşdüyündən tələfatın artacağı istisna edilmir.Güclü zəlzələdən sonra bölgədə 200-dən çox yeraltı təkan qeydə alınıb.

Bu gün səhər saatlarında isə Lombok adası yaxınlığında daha bir güclü zəlzələ baş verib. 6,2 bal gücündəki zəlzələ nəticəsində bir neçə tikili dağılıb. Tələfat barədə məlumat yoxdur.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR