Lənkəranda dənizdə batan 59 yaşlı kişinin meyiti tapılıb

Lənkəranda dənizdə 1 nəfər batıb.

Metbuat.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran şəhərində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 400 metr aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu 1959-cu il təvəllüdlü Ağayev Mirnazim Mirhəsən oğlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR