PKK terrorçuları ABŞ hərbçilərinə atəş açdı - Hərbi bazada insident

Suriyanın Deyr-Əz Zövr bölgəsindəki Amerika Birləşmiş Ştatlarına məxsus həbi bazada PKK terrorçuları ilə amerikalı hərbçilər arasında atışma olub.

Metbuat.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, amerikalı hərbçilərin əraziyə gələn yaralı ərəblərə yardım etməsi terrorçuları qəzəbləndirib. Terrorçuların atəş açması nəticəsində Birləşmiş Ştatlar ordusunun yüksək rütbəli nümayəndəsi ayağından güllə yarası alıb.

Digər amerikalı hərbçi isə cavab atəşi ilə terrorçulardan birini məhv edib. Məlumata görə, Pentaqon hadisəni ört-basdır etməyə çalışsa da, insident mətbuata sızıb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR