​Vaşinqtonda amerikalı və türkiyəli nümayəndələr arasında görüşlər olub

Vaşinqtonda amerikalı və türkiyəli nümayəndələr arasında görüşlər olub.

Metbuat.az-ın məlumatına görə, bu barədə Dövlət Departamenti açıqlama yayıb. Bildirilib ki, toplantılar zamanı amerikalı rahib Endryu Kreyq Bronsonun məsələsi də daxil olmaqla bir sıra mövzular müzakirə olunub. Lakin görüşlərin nəticələrinə dair açıqlama verilməyib.

Qeyd edək ki, FƏTÖ terror cərəyanı ilə əlaqədə şübhəli bilinən amerikalı rahibin Türkiyə polisi tərəfindən saxlanılması iki ölkə arasında gərginlik yaradıb. Vaşinqtonun türkiyəli rəsmilərə sanksiya tətbiq etməsinə Ankara adekvat cavab verib.

Tərəflər gərginliyin danışıqlar yoluyla həllinə dair razılığa gəlib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR