Nəsimidə 4 otaqlı mənzil yanıb

Bakının Nəsimi rayonunda yanğın olub.

Metbuat.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 80 kv.m olan 4 otaqlı mənzilin 1 otağının və dəhlizinin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

Yüksək temperaturdan hamamın lambirdən ibarət tavanı 4 kv.m sahədə və 1 ədəd məişət avadanlığı əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR