Ərəb koalisiyasının Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 50-yə çatıb

Səudiyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının Yəmənə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 50-yə çatıb.

Metbuat.az-ın Trend-ə istinadən məlumatına görə, hava zərbələri nəticəsində ölənlərin əksəriyyəti uşaqlardır. Bundan əlavə zərbələr nəticəsində 77 nəfərin yaralandığı bildirilir.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına əsasən, 29 uşaq həlak olub, 30-u uşaq olmaqla 48 nəfər isə yaralanıb.

Koalisiyanın rəsmi nümayəndəsi öz növbəsində bildirib ki, zərbələr üsyançı husilərin obyektinə endirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR