Ramil Quliyev 200 metr məsafəyə qaçışda yüngül atletika üzrə Avropa çempionu olub

Türkiyəli idmançı Ramil Quliyev Berlində yüngül atletika üzrə Avropa çempionu olub.

Metbuat.az-ın Trend-ə istinadən məlumatına görə, Ramil Quliyev 200 metr məsafəyə qaçışda 19,79 saniyə nəticə göstərərək birinci olub.

İkinci yeri Britaniya təmsilçisi Netanel Mitçel-Bleyk (20,04), üçüncü yeri isə İsveçrə təmsilçisi Aleks Uilson (20,04) tutub.

Qeyd edək ki, 2011-ci ilə qədər Ramil Quliyev Azərbaycanı təmsil edib, sonra isə Türkiyə millisində çıxış etməyə başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR