Netanyahu gənc müsəlmana təşəkkür etdi (FOTO)

Netanyahu gənc müsəlmana təşəkkür etdi (FOTO)
19:51 12 Yanvar 2015
203 Dünya
Ölkə mətbuatı
A- A+

Fransada terror aktları zamanı qətlə yetirilən 17 nəfərin xatirəsinin yad edilməsi və terrorizm əleyhinə etiraz bildirilməsi məqsədilə keçirilən izdihamlı nümayiş-yürüşdə iştirak edən İsrailin Baş naziri Benyamin Netanyahu yanvarın 12-də Parisin Vənsən darvazasında terror aktında beş nəfərin, o cümlədən dörd yəhudinin həlak olduğu yeri ziyarət edib.

Qanlı faciənin baş verdiyi yerə əklillər qoyan və şam yandıran Baş nazir buraya toplaşanların qarşısında çıxış edərək günahsız insanların həyatına son qoyan terror aktlarını qətiyyətlə pisləyib.

Benyamin Netanyahu terror hadisəsinin baş verdiyi mağazanın işçisi - gənc müsəlman Lassani Bathiliyə bir çox girovu, o cümlədən üç yəhudini xilas etdiyinə görə təşəkkürünü bildirib.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=319246

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR