Naxçıvan Dövlət Dram Teatrında Taleh Həmidin “Yəhya bəy Dilqəm” tamaşasının premyerası olub

Naxçıvan Dövlət Dram Teatrında Taleh Həmidin “Yəhya bəy Dilqəm” tamaşasının premyerası olub
19:52 12 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 19:49 ]


Bakı. Cavid Zeynallı - APA. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında şair-publisist Taleh Həmidin “Yəhya bəy Dilqəm” adlı iki hissəli lirik psixoloji dramı əsasında hazırlanmış tamaşasının premyerası keçirilib.

 

Teatrdan APA-ya verilən məlumata görə, Xalq artisti Kamran Quliyevin APA-ya verdiyi məlumata görə, əsər XIX əsrin əvvəllərində yaşayan şair Yəhya bəy Dilqəmin həyatından bəhs edir: “Eyni zamanda Yəhya bəyin nakam məhəbbətinin fonunda rusların Azərbaycan ərazisində apardığı işğal siyasəti də öz əksini tapıb. Azərbaycan ikiyə parçalanandan sonra kəndlərdə üsyanları yatırmaq üçün rusların, malakanların, ermənilərın zorla yerləşdirilməsi və buna Azərbaycan bəylərinin, mülkədarlarının etirazı da əks olunub”.

 

K.Quliyev əlavə edib ki, tamaşa lirik-psixoloji janrdadır. Səhnə əsərinin quruluşçu rejissoru xalq artisti Kamran Quliyev, musiqi tərtibatçısı əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədov, rəssamı Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Əbülfəz Axundovdur.

 

Əsas rollarda xalq artisti Həsən Ağasoy, əməkdar artistlər Xəlil Hüseynov, Yusif Allahverdiyev, Nəzakət Xudiyev, Bəhruz Haqverdiyev, Əbülfəz İmanov, aktyorlar Nazlı Hüseynquliyeva, Zəminə Baxşəliyeva, Nurbəniz Niftəliyeva, Səyyad Məmmədov oynayırlar.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368824

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR