Maştağada 13 yaşlı uşaq hasardan yıxılıb öldü

Bakıda 13 yaşlı uşaq hasardan yıxılaraq ölüb.

Sabunçu rayon Prokurorluğundan Metbuat.az-a verilən məlumata görə, hadisə rayonun Maştağa qəsəbəsində baş verib.

Maştağa qəsəbəsi, Axund Şeyx Hüseyn küçəsi, döngə 4, ev 316-da yaşayan, 2005-ci il təvəllüdlü Rəhimov Ayaz Həsənbala oğlu həmin küçədə yerləşən evlərdən birinin hasarından yıxılıb.

Uşaq hadisə nəticəsində daxili orqanlarının zədələnməsindən dünyasını dəyişib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

13 gündü axtarılan qız anasına zəng vurdu və... - "Evlənmişəm..." - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR