Kremldən ABŞ-a XƏBƏRDARLIQ:

ABŞ yeni sanksiyaları elan etsə, bunu Rusiyaya qarşı iqtisadi müharibənin başlanması kimi qəbul etmək olar.

Metbuat.az modern.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya baş naziri Dmitri Medvedev Kamçatka vilayətində Kronotsk dövlət qoruğunun əməkdaşları ilə görüşü zamanı deyib.

“Əgər hən hansısa bankın fəaliyyəti yaxud müəyyən valyutada əməliyyatlara qadağa qoyan sanksiyalardan söhbət gedirsə, açıq söyləyəcəm, bu iqtisadi müharibənin elan olunması deməkdir. Və bu müharibəyə müvafiq reaksiya – iqtisadi metodlarla, siyasi metodlarla, lazım gəlsə digər metodlarla da olacaq”.

Xatırladaq ki, avqustun 3-də ABŞ Senatı Rusiyaya qarşı yeni sanksiyalar paketini təqdim edib.

Toy günü bəyi gözləyən gəlin aldığı BU XƏBƏRLƏ SARSILDI - ŞOK OLAY - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR