Ötən ay Naxçıvanda

Cari ilin iyul ayında mövcud potensialdan səmərəli istifadə edilməklə muxtar respublika iqtisadiyyatının dinamik inkişafına nail olunub, 28 istehsal sahəsinin yaradılması başa çatdırılıb, 277 iş yeri açılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, 25 layihənin maliyyələşdirilməsinə güzəştli şərtlərlə 5 milyon 773 min manatdan artıq maliyyə dəstəyi göstərilib. Dахili bаzаrın qоrunmаsı, аntiinflyаsiyа tədbirlərinin gücləndirilməsi məqsədilə istehsal müəssisələri, ticarət və xidmət obyektlərində qiymət və keyfiyyətə nəzarət diqqətdə saxlanılıb, 54 səyyar və 178 halda mal nümunəsi laboratoriya analizindən keçirilib, keyfiyyət göstəriciləri təhlil edilib. Həmçinin kənd təsərrüfаtı və yerli istehsal məhsullаrının satışı yarmarkaları təşkil olunub, soyuducu anbarlara 3 min tonadək meyvə-tərəvəz məhsulları, taxıl еmalı müəssisələrinə 4 min tondan artıq taxıl tədarük edilib.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR